HAQQIMIZDA

“Improtex” şirkəti 1991-ci ildə yaradılmış və turizm sektorunda ilk addımlarını atmışdır.  Şirkət qısa müddətdə turizm sektorundan aviasiya sektoruna qədər geniş və şaxələndirilmiş bir qrupa çevrilmişdir. Azərbaycanın ilk şəxsi aviaşirkəti olan “İmAir” İmprotex şirkətlər qrupuna daxil olan ilk şirkətlərdən biri olmuşdur.

İlk günlərdən şirkətin əsas prioritetləri ixtisaslı kadrların hazırlanması, ən müasir texnologiyaların tətbiqi və inkişafının dəstəklənməsi, yüksək texnologiyalı istehsalda “Made in Azerbaijan” brendinin formalaşmasına töhfə vermək olmuşdur. Hal-hazırda “İmprotex” şirkətlər qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “Improtex Motors”“Imagro” kimi törəmə şirkətlər daxildir. Bu şirkətlərin əməkdaşlıq etdiyi dünya brendlərinə “Rolls Royce”, “BMW”, “MAN Truck & Bus SE”, “Bobcat”, “Massey Ferguson”, “Hardox” və başqa bir neçə dünya nəhəngləri daxildir.

0
il təcrübə
+ 0
nəfərlik heyət
+ 0
qlobal brendlə əməkdaşlıq

1996-cı ildə Bakı şəhərində “İmroshop” mağazasının açılışında Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevin iştirak etməsi şirkətin biznes sektorunda daha məsuliyyətli, təşəbbüskar və yeni layihələrin reallaşdırılmasına hədəfləmişdir.

1998-ci il dən avtomobil biznesi sektorunda böyük təcrübəyə yiyələnən şirkət BMW, MİNİ və Rolls Royce avtomobillərinin yeganə rəsmi idxalçısı olmuşdur.

İmprotex şirkətlər qrupunun daha bir qolu olan “İmprotex Trucks and Buses” şirkəti 2005-ci ildən dünya şöhrətli “MAN Truck & Bus SE” şirkətinin Azərbaycanda eksklyuziv strateji partnyoru, Bobcat və bir sıra tikinti-daşıma sahəsi üzrə brendlərin rəsmi idxalçısıdır. Balansında əsasən ABŞ, Almaniya və Cənubi Koreya istehsalı olan texnikaların və təcrübəli operatorların peşəkar iş təcrübəsi ilə hər cür tikinti layihələrinin ən yüksək keyfiyyətlə icrasını təmin edir.

Müasir və yüksək texniki avadanlıqlar ilə təchiz olunmuş “İmprotex İndustries” MMC-nin Qafqaz Regionunda qabaqcıl metal konstruksiya və yük maşını üst qurğularını, həmçinin kənd təsərrüfatı qoşqularını istehsal edən zavodu 2013-cü ildən fəaliyyətə başlamışdır. Hal-hazırda gündəmdə olan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənərək dirçəltmək və yenidən istifadəyə yararlı etmək missiyasında 2 müxtəlif tank və piyada əleyhinə minatəmizləmə qurğularının (Revival-T və Revival-P) istehsalı uğurla aparılır.

2019-cu ildən aqrar texnika bazarına daxil olan “İmagro” şirkəti, bu gün “Massey Ferguson”, “Horsch”, “Celli”, “Rinieri”, “Hattat” və s. 10 yaxın global brendin Azərbaycanda yeganə təmsilçisidir.

”Improtex” Şirkətlər Qrupu müstəqil Azərbaycanın ilk özəl şirkətlərindən biri olaraq, fəaliyyət dövrü ərzində bir çox xarici və yerli şirkətlərlə sıx əməkdaşlıq edərək Azərbaycanın davamlı iqsadiyyatının inkişafına qeyri-neft sektorunda göstərdiyi fəaliyyətlə öz töhvəsini verməkdə və biznes çevrəsində 33 il ərzində tutduğu mövqeləri möhkəmləndirməkdə davam edir.

© 2024 Improtex Group | Bütün hüquqlar qorunur.