Tikinti və Mədən

“Improtex Group”un strukturlarından biri olan  “Improtex Trucks and Buses” şirkəti tikinti və dağ-mədən təyinatlı müxtəlif dünya brendləri ilə əməkdaşlıq edir. Bu şirkətlərdən ən başda gələni 2005-ci ildən əməkdaşlığa başlanmış və bu günə qədər uğurlu əməkdaşlığı davam etdirilən “MAN Truck and Bus SE”-dir. MAN brendinin geniş seçimə məxsus özüboşaldan texnikaları, müxtəlif tonnajlı yük avtomobilləri və tikinti təyinatlı digər növ maşınları ilə tikinti sahəsində çətin tapşırıqların öhdəsindən gəlmək üçün geniş həll üsulları əməkdaşlarımıza təqdim edilir.

Bobcat brendinə məxsus yüksək mühəndislik və son texnologiya ilə təmin olunmuş texnikaların bu sahədə rolu əvəzsizdir. Şirkət 2007-ci ildən bəri Bobcat brendi ilə rəsmi əməkdaşlıq edir. Bobcat şirkəti tikinti, kənd təsərrüfatı, əraziyə qulluq, kommunal, sənaye və mədənçilik avadanlıqlarının istehsalı sahəsində dünya liderlərindən biridir. “Improtex Trucks and Buses” şirkəti Bobcat brendinə məxsus texnika və avadanlıqların satışı və icarəsini həyata keçirir.

“Improtex Trucks and Buses” MMC dünyanın məşhur Yapon brendi olan Sumitomo ilə 2019-cu ildən əməkdaşlığını davam etdirir. SUMITOMO Construction Machinery Yaponiyada 400 illik biznes və sənaye təcrübəsi olan Sumitomo Group şirkətlərinin üzvüdür.

Sumitomo Construction Machinery 1958-ci ildə Asfalt Döşəmə maşınlarının və 1963-cü ildə Yaponiyada Hidravlik Paletli Ekskavatorların istehsalına başlamışdır. Bu gün bu seqmentdə olan maşınların dünyanın ən böyük istehsalçıları və yanacağa qənaət edən texnologiyanın aparıcı istehsalçıları sırasındadır.

Sumitomo Yaponiyadakı ən böyük fabrik də daxil olmaqla, dünyanın üç fabrikində 7,5-80 ton aralığında asfalt döşənənlər və paletli ekskavatorlar istehsal edir və dünya miqyasında satış və satış sonrası xidmətlər təklif edir.

Sumitomo paletli ekskavatorları ölkəmiz daxilində, xüsusən də işğaldan azad olmuş Qarabağ ərazisində dağ-mədən həllərini təqdim etməklə aparılan işlərə öz töhvəsini verir.

 

© 2024 Improtex Group | Bütün hüquqlar qorunur.