HƏRBİ TƏYİNATLI TEXNİKALAR

İdxaldan – İstehsala: Minatəmizləmə qurğuları

İmprotex İndustries şirkəti İmprotex Şirkətlər Qrupunun zavod-istehsalat-mühəndislik fəaliyyətini özündə cəmləşdirmiş aparıcı strukrudur. Bu zavod 2013-cü ildə istifadəyə verilmiş aparıcı metal konstruksiyalar, avtomobil və maşınların üst qurğuları, tentli yarımqoşqular, yanğınsöndürən və minatəmizləmə maşınlarının istehsalçısıdır. Zavodun missiyası çətin tapşırıqların həllini təmin etmək və innovativ texnologiya və mühəndislik vasitəsilə yerli bazara dəyər əlavə etməkdir.

30 illik bir işğalın ardından Qarabağ bölgəsi işğaldan azad edildikdən sonra bu rayonların yenidən istifadəyə yararlı olması üçün böyük səylər göstərilir. Məhz həmin zaman dilimindən sonra İmprotex İndustries zavodu qarşısına Minatəmizləmə qurğularının yerli istehsalı, təkmilləşdirilməsi və servisini həyata keçirməyi qarşısına ən ali və önəmli məqsəd qoymuşdur.

Təəssüf ki, işğaldan azad olunmuş ərazilərdəki minalar və partlayıcı qalıqlar mülki əhalinin təhlükəsizliyini və yenidənqurma işlərini təhdid edir. “Revival P” və “Revival T” minatəmizləmə maşınları məhz bu çətin tapşırıqların öhdəsindən gəlmək üçün nəzərdə tutulub.

Revival qurğuları uzaqdan idarə oluna bilən və operatorun təhlükəsizliyini təmin edən, ən müasir texnologiyaya əsaslanaraq güclü mühərrik və xüsusi avadanlıqlarla təchiz edilmiş piyada və tank əleyhinə minatəmizləmə maşınlarıdır. Onlar eyni zamanda, xüsusi dizaynı sayəsində ətraf mühitə minimal ziyan vurmaqla səmərəli işi təmin edir. Bu maşınlar minatəmizləmə proseslərini sürətləndirəcək və bölgənin təkrar istifadəsinə töhfə verəcəkdir.

“Revival P” və “Revival T” Qarabağ bölgəsində minatəmizləmə işlərini həyata keçirəcək ilk Azərbaycan istehsalı olan texnikalarıdır. Bu maşınların Qarabağ bölgəsində insanların təhlükəsizliyini təmin etmək və bu torpaqları dirçəltmək üçün istifadə olunması bizim üçün böyük şərəfdir. Bu layihə yenidənqurma işlərinin davamlı aparılması və insanların həyatını normal vəziyyətə qaytarmaq yolunda böyük addımdır.

“Revival P” minatəmizləmə maşınının minatəmizləmə qabiliyyəti saatda 2500 kvadratmetr, işləmə sürəti isə saatda 0.5-1.5 kilometrdir. Aparılmış sınaqlar nəticəsində maşının 7 kq TNT-yə bərabər partlayışa davamlılıq qabiliyyətinin olması təsdiqlənmişdir.

© 2024 Improtex Group | Bütün hüquqlar qorunur.