İstehsalat Sahəsi

İmprotex İndustries Zavodu

Improtex şirkətlər qrupunun istehsal sahəsində fəaliyyətə başlaması kimi 2013-cü ili qeyd edə bilərik. Məhz bu il İmprotex İndustries zavodunun fəaliyyətə başlaması ilə metal-konstruksiya, yük maşınlarının üst qurğuları və həmçinin kənd təsərrüfatı qoşqularının istehsalı gerçəkləşdirilmişdir. Zavod Qaradağ rayonu ərazisində 9 ha qurudulmuş ərazidə yerləşib, 14500 m² qapalı istehsal sahəsi və 5 ha açıq anbarlama ərazisinə malikdir. Zavodun illik istehsal imkanı 12 000 T və ya 1 500 ədəd üst qurğu/qoşqudur. Zavodda 50-dan artıq Avropa istehsalı texnoloji kəsmə, bükmə, deşmə, boyama avadanlıqları, Almaniyanın Kaltenbach şirkəti istehsalı avtomatik kəsmə/deşmə və boyama xətləri, Fransanın Oerlikon şirkəti istehsalı olan qaz/plazma kəsim-qaynaq xətti qurulmuşdur. Improtex Industries zavodu 400 nəfərə qədər yüksək kvalifikasiyalı yerli işçi heyəti, 30 nəfərdən artıq mühəndis-konstruktor heyəti ilə fəaliyyətini davam etdirir. TÜV Avstriya tərəfindən verilmiş ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatları mövcuddur.

2-ci Qarabağ müharibəsinin yekunlaşması ilə işğaldan azad olunmuş ərazilərimizin yenidən dirçəldilməsi missiyasında öz üzərinə düşən öhdəliyi qarşılamaq üçün  istehsal fəaliyyəti daha da genişləndirilərək Revival P və Revival T mexaniki uzaqdan idarə olunan minatəmizləmə qurğularnın istehsalı, testlərin aparılması və təkmilləşdirilməsi edilmişdir. Bu qurğuların Qarabağ ərazisində istifadə ediləcəyini əsas tutaraq və Qarabağ zonasının iqtisadi yüksəldilməsi yolunda 2023-cü il tarixində Cəbrayıl rayonu Araz Vadisi ərazisində inşa ediləcək yeni istehsal zavodunun təməli atılmışdır. Təməlatma prosesində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev iştirak etmiş, Ona zavodda istehsal ediləcək qurğular nümayiş etdirilmiş, zavodun fəaliyyəti haqqında ümumi məlumatlar təqdim olunmuşdur.

© 2024 Improtex Group | Bütün hüquqlar qorunur.