Logistika

Logistika həlləri – Yük avtomobilləri

Improtex Trucks and Buses şirkəti logistika həllərinin asanlaşdırılması və yüksək səviyyədə yerinə yetirilməsi üçün böyük imkanlara sahibdir. Şirkət MAN Truck & Bus SE şirkətinin ölkəmizdə rəsmi idxalçısı olmaqla uzun yol avtomobilləri, yük maşınlarını və onların original ehtiyat hissələrini regiona idxal edir. Bu brendin istehsalı olan nəqliyyat vasitələri öz keyfiyyəti, komfortu və dözümlülüyü ilə digər rəqiblərindən bir addım irəlidə olmağı özünə missiya keçmişdir. Şirkət satış zamanı bu texnikaların rəsmi zəmanət müddətini də təmin edir.

İxtisaslaşmış servisdə yarana bilən bütün problemlərin həlli, diaqnostikası həyata keçirilərək müştərilərə operativ olaraq xidmət göstərilir. Qeyd etmək lazımdır ki, Improtex Trucks and Buses şirkəti satış və servis yönümdən MAN brendinin bütün tələbləri qeydə almaqla formalaşdırılmışdır və davamlı olaraq akkreditasiya olunur.

Bobcat brendinin forklift, teleskopik yükləyiciləri ilə anbar və logistika həlləri daha asanlaşdırılmışdır. Kompakt və yüksək effektivliyə malik bu texnikalar işlərin aparılmasını xeyli dərəcədə səmərəli edərək logistika işlərində daha az vaxt itkisinin olmasını təmin edir.

© 2024 Improtex Group | Bütün hüquqlar qorunur.