Yanğınsöndürmə və Təmizlik texnikaları

Improtex Trucks and Buses şirkəti MAN brendinin yük maşınları ilə yanaşı bu brendin xüsusi təyinatlı texnikalarını ölkəmizə istehsal və idxal edir. Özəl müəssisə və həmçinin dövlət şirkətlərini belə texnikalarla təmin edən şirkət həmçinin bu texnikaların servis və təmirini də həyata keçirərək görülən işlərin davamlılığının maksimum dərəcədə saxlanılması ilə məşğul olur. Hazırda şirkətin idxal etdiyi texnikalar “Bakı Şəhər İcra Hakimiyyəti”, “Bakı Abadlıq”, “Azərbaycan Hava Yolları” kimi mühüm strukturlarda öz missiyasını yerinə yetirir.

2019-cu ildən isə İmprotex İndustries zovodu belə texnikalardan yanğınsöndürən və təmizlik avtomobillərinin istehsalına başlamışdır. Hazırda bu texnikalar fəaliyyət göstərərək öz üzərinə düşən missiyanı yerinə yetirirlər. Fəxr hissi ilə qeyd edə bilərik ki, belə texnikalardan JAC avtomobili üzərində yığdığımız yanğınsöndürən texnika və JAC markalı avtomobil üzərində yığılmış tullantı təmizləmə texnikası Azərbaycanın mədəniyyət incisi olan Şuşa şəhərində fəaliyyət göstərir. Şəhərlərimizin təmizliyi, təhlükəsizliyi yolunda çalışan bu texnikaların Azərbaycanda rəsmi idxalçısı və istehsalçısı olmaq bizim üçün çox qürurverici bir haldır.

© 2024 Improtex Group | Bütün hüquqlar qorunur.